Türkiyənin Bingöl vilayətində həyata keçirilən əməliyyatda PKK terrorçularının istifadə etdiyi 8 mərtəbəli mağara aşkar edilib.
1news.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, mağarada aparılan axtarışlar zamanı 17 ədəd istifadəyə hazır kustar üsulla hazırlanmış partlayıcı qurğu, 4 ədəd güllə darağı, 250 ədəd akkumulyator, 14 ədəd çəllək, müxtəlif həyat və sağlamlıq ləvazimatları, qazma alətləri, mətbəx sobası və benzin ələ keçirilib.
Əməliyyat zamanı tapılan ləvazimatlar məhv edilib və mağara yararsız hala salınıb.