RU

Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,88 ABŞ dolları, yaxud 2,3 % artaraq 82,07 ABŞ dolları təşkil edib.

Bu barədə Aznews.az-a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 78,81 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Избранный
248
49
aznews.az

10Источники