RU

Zeki Aktürk: “Türkiyə haqq mübarizəsində Azərbaycanı dəstəkləməyə davam edəcək”

“Türkiyə Azərbaycan da daxil olmaqla dost və müttəfiq ölkələrin ədalətli mübarizəsinə bundan sonra da dəstək verəcək”.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat katibi Zeki Aktürk həftəlik brifinqdə bildirib.

“Türkiyə silahlı qüvvələri Şimali Kipr, Azərbaycan, Liviya, Kosovo, Bosniya və Herseqovina, Qətər və Somalidə uğurla fəaliyyət göstərir. Biz dost və müttəfiq ölkələrin ədalətli mübarizəsini dəstəkləməyə davam edəcəyik”, - deyə Aktürk qeyd edib.

Избранный
151
1
oxu.az

10Источники