Yaponiyada zəlzələdən 72 saat sonra yaşlı qadın dağıntılar altından xilas edilib.
Modern.az xəbər verir ki, qadının yaşının 80-dən yuxarı olduğu təxmin edilir.
Bundan əvvəl həmin ərazidə təxminən eyni yaşda olan kişi dağıntılar altından sağ çıxarılmışdı.
Xilasedicilər, polis və hərbçilər axtarış-xilasetmə əməliyyatını davam etdirirlər. 80-ə yaxın adam hələ də itkin düşmüş hesab olunur.
"Cebhe.info"