RU

Stolüstü tennisçilər Çinə yollanıblar

Yeniyetmə stolüstü tennisçilər növbəti təlim-məşq toplanışına qatılıblar. 
Azərbaycan Stolüstü Tennis Federasiyasından “XQ”yə bildiriblər ki, 13 yaşadək idmançılardan ibarət seçmə komandanın üzvləri bu məqsədlə Çin Xalq Respublikasına yollanıblar. Baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Tunar Bağırov, Onur Quluzadə, Şakir Qədirov, Şəbnəm Mansurova, Yağmur Məmmədli və Banu Baytallı Çinin Şanxay şəhərində yerləşən Milli Stolüstü Tennis Akademiyasında ustalıq səviyyəsini artıracaq. Qarşıdakı Avropa çempionatına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına yanvarın 24-də yekun vurulacaq.

Избранный
109
14
xalqqazeti.az

10Источники