RU

Tesla Çindən 1,6 milyon avtomobili geri çağıracaq

Tesla sürücüyə yardım sistemindəki problemlərə görə Çində 1,6 milyon avtomobili geri çağıracaq.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Bazarın Tənzimlənməsi üzrə Dövlət İdarəsi bildirib.

İdarənin açıqlamasında bildirilir ki, söhbət Çində konveyerlərdə yığılan Model S, Model X, eləcə də Model 3 və Model Y-dən gedir. Geri çağırılma 26 avqust 2014-cü il və 20 dekabr 2023-cü il tarixləri arasında istehsal edilmiş avtomobillərə aiddir.

Sürücüyə yardım sistemində yaranan problemlər yolda qəzalara səbəb ola bilər. Belə hallar hərəkət edən avtomobilin içərisində olan insanlar üçün potensial təhlükə kimi təsnif edilir.

Problemləri aradan qaldırmaq üçün Tesla-nın Şanxay və Pekin bölmələri avtomatlaşdırılmış yardım sisteminin yeni elementlərini əlavə etmək üçün lazımi optimallaşdırmaları həyata keçirəcək. Şirkət hesab edir ki, bu, bütün mümkün riskləri aradan qaldıracaq.

Geri çağırılmalı olan elektromobillərin sahibləri xüsusi bildirişlər alacaqlar. Aydınlaşdırılır ki, proqram təminatı uzaqdan yenilənəcək, ona görə də sürücülərin emalatxanaya gəlməsi lazım deyil. Alternativ olaraq onlara yerli xidmət mərkəzlərinə pulsuz səfərlər təklif olunacaq.

Bundan əvvəl Berlin Texniki Universitetinin İT mütəxəssisləri Tesla sistemində boşluq tapmağa nail olublar. Onlar elektromobilin avtopilotuna daxil ola, sistemin əsas hissələrini öyrənə, fəaliyyətini bərpa edə, həmçinin sürücünün əvvəllər silinmiş videoyazısını yükləyə biliblər.

Natiq Səlim,

KONKRET.az

Избранный
262
44
konkret.az

10Источники