RU

İmişlidə ağac kəsən şəxs cəzalandırılıb

Polis kəsilmiş ağacları maddi sübut kimi götürüb
İmişli rayonunun Məmmədli kəndi ərazisində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən Əliyetməzli kənd sakini Ə.Mehdiyev saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Qeyd olunub ki, polis kəsilmiş ağacları maddi sübut kimi götürüb.
Təbiətə ziyan vuran Ə.Mehdiyev barəsində protokol tərtib olunub və o, qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.

Избранный
234
24
ayna.az

10Источники