RU

Ukraynada döyüşən qırğız vətənində məhkum olunub

Qırğızıstanda Narın şəhər məhkəməsi Beknazar Börüquloğlunu “Vaqner” özəl hərbi şirkətin döyüşçüsü olaraq Ukraynada müharibədə iştirak etdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edib.

Musavat.com Qırğızıstam mediasına istinadla xəbər verir ki, məhkumun həyat yoldaşı Dilbər Turusbekqızı bu məlumatı təsdiqləyib və yuxarı instansiyaya müraciət edəcəklərini bildirib.

Bildirilir ki, 2020-ci ildə Rusiyaya işləmək üçün gedən Beknazar orada “narkotik daşıdığına görə” 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan o, Qırğızıstan vətəndaşlarının xaricdə hərbi əməliyyatlarda iştirakının qadağan olunduğunu bilə-bilə könüllü olaraq özəl şirkətlə müqavilə bağlayıb və müharibəyə gedib. 2022-ci il noyabrın 5-dən 2023-cü il iyulun 6-dək Ukrayna müharibəsində iştirak edib, “Baxmutun tutulmasına görə” medalı və 1 milyon 514 min rubl pul alıb.

Hökmdə deyilir ki, təqsirləndirilən şəxs Beknazar Börüquloğlu müharibəyə öz istəyi ilə deyil, koloniyadakı iztirablardan qurtularaq ailəsinə qayıtmaq şansı qazanmaq üçün təqsirini qismən boynuna alıb və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. O, həmçinin bildirib ki, “2022-ci il noyabrın 1-də “Vaqner” onun cəza çəkdiyi ciddi rejimli cəzaçəkmə müəssisəsinə gələrək hərbi əməliyyatlarda iştirak etməyi təklif edib. Beknazara söz veriblər ki, sağ qalsa, ona Rusiya vətəndaşlığı veriləcək və evə qayıdacaq, həlak olacağı təqdirdə isə yaxınlarına maddi yardım göstəriləcək.

Narın şəhər məhkəməsinin qərarı ilə razılaşmayan Beknazar Börüquloğlu rayon məhkəməsinə müraciət edib. Rayon məhkəməsi 27 yaşlı gənci təqsirli bilib və əmlakı müsadirə olunmaqla 5 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com

Избранный
229
23
musavat.com

10Источники