Bayram günlərində (31.12.2023-05.01.2024) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 56 müraciət daxil olub.KTM-dən Missiya.Az-a verilən məlumata görə, müraciət edənlərdən 37-si alkoqol, 11-i dərman, 4-ü sirkə turşusu, 2-si dəm qazı, 1-i botulizm, 1-i isə pestisiddən zəhərlənib.Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Həkimlərin səylərinə baxmayaraq 1 nəfər qadın pestisid zəhərlənməsindən ölüb.Hazırda 15 nəfərin müalicəsi mərkəzdə davam etdirilir, digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıblar.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта