RU

90 yaşında qadın 5 gün dağıntılar altında qaldı

Yaponiyanın İşikava prefekturasında baş verən zəlzələdən beş gün sonra dağıntılar altında qalan daha bir qadın xilas edilib.

Bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Ailə üzvünün sözlərinə görə, qadının təxminən 90 yaşı var.

Qadının yaşadığı Suzu  7,6 bal gücündə zəlzələdən ən çox zərər çəkən sahil şəhərlərindən biridir.

Məlumata görə, prefekturada 126 nəfər ölüb, 210 nəfər hələ də itkin düşüb, xilasetmə əməliyyatlarına yağış və dolu mane olub.

"Cebhe.info"

Избранный
358
50
cebheinfo.az

10Источники