RU

Müdafiə Nazirliyi və Dini Komitə birgə tədbirlər planı imzalayıb

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2024-cü il üçün birgə tədbirlər planı imzalanıb.

Bu barədə Yenicag.az- a nazirlikdən məlumat verilib.

Birgə tədbirlər planına əsasən Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair keçiriləcək tədbirlərin yeri, icra vaxtı və icraya məsul şəxslər müəyyən olunub.

Tədbirlərin Müdafiə Nazirliyinin tabeliyindəki qoşun (qüvvə) növü, birlik, birləşmə, hərbi hissələr və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil olunması nəzərdə tutulub.

Cari il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişafı, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq, o cümlədən digər mövzularda tədbirlər keçiriləcək, maarifləndirici söhbətlər aparılacaq.

Избранный
119
26
yenicag.az

10Источники