2027-ci ilə kimi Bakıda 100 nəfərə düşən internet istifadəçilərinin sayı 98,1-ə kimi artırılacaq.
MediaPost-un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
2040-cı ilə kimi isə paytaxtda internet istifadəçilərinin xüsusi çəkisi 99 %-ə çatdırılmalıdır.
2020-ci ildə sözügedən göstərici 91,7 % təşkil edib.