RU

Ötən ay 123 nəfər ZƏHƏRLƏNİB: Ölənlər var, səbəb isə… 

Ötən ay 123 nəfər zəhərlənib.

 

Bu barədə Sfera.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Qeyd olunub ki, dekabrda Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı müraciət edənlərdən 54-ü kişi, 49-u qadın, 20-si isə uşaq olub:

 

“Qəbul olunan xəstələrdən 52-si dərmandan, 33-ü sirkə turşusundan, 9-u etanoldan, 1 nəfər göbələkdən, 19-u dəm qazından zəhərlənib. 2 nəfər allergik reaksiya, 6 nəfər botulizm, 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib”.

 

Qurumdan bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3 nəfər dünyasını dəyişib: “Hər 3 ölüm faktı sirkə turşusundan zəhərlənmə səbəbilə qeydə alınıb”.

 

Günay

Sfera.az

Избранный
125
30
sfera.az

10Источники