RU

Bakıda 2040-cı ildə bir turistin orta xərci 1 175 ABŞ dolları təşkil edəcək

Bakıda 2040-cı ildə bir turistin orta xərci (bir həftə qonaqlama ərzində) 1 175 ABŞ dolları (1 997 manat) təşkil edəcək.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edək ki, 2040-cı ilə qədər illik turist axını 4% artacağı proqnozlaşdırılır.

Baş planda davamlı və iqtisadi cəhətdən səmərəli turizm investisiyaları üçün prioritet sahələrin müəyyən edilməsi, həmçinin insanların bütün il boyu bu sahədə fəaliyyət göstərə bilməsi üçün turistik fəaliyyətlərin və xidmət strukturlarının daha çox şaxələndirilməsi təklif olunur. Bu təkliflər həm ümumi, həm də müxtəlif seqmentlər üzrə turizm fəaliyyətlərinə tətbiq edilməli, habelə yerli və xarici turistlərə uyğun şəkildə təşkil edilməlidir.

Избранный
71
5
oxu.az

6Источники