RU

Baş prokurorun köməkçisi təqaüdə göndərildi - FOTOLAR

Baş prokurorun köməkçisi Müqəddəs Sultanov prokurorluqda qulluqda olmanın yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.  Manset.az xəbər verir ki, baş prokuror Kamran Əliyev onunla yanaşı, qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar Samux rayon prokuroru Mayıl Hacıyev və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin prokuroru İlham Səlimovu qəbul edib.Görüşdə Baş prokuror tərəfindən prokurorluqda uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə onlara “Prokurorluğun fəxri işçisi” döş nişanı və Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanını təqdim edilib.Daha sonra tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib və xatirə şəkli çəkilib.

Qeyd edək ki, təqüdə göndərilən Müqəddəs Sultanov azərbaycanlıların soyqırımında təqsirli bilinən Vaqif Xaçatryanın işində dövlət ittihamını müdafiə edirdi.

Избранный
211
10
manset.az

10Источники