RU

1 manatlıq taksilər 200 manatdan min manatadək cərimələnəcək...

Image

Məlum olduğu kimi, bu ildən etibarən buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək. Bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

Qanuna əsasən, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasını təşkil edib inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 2 000 manat məbləğində cərimə olunacaq.

Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində cərimə ediləcək. Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 80 manat məbləğində cərimə ediləcək.

Maraqlıdır, yeni qayda “manatlıq” taksilərə necə təsir edəcək? Onların aqibəti necə olacaq?

Aslan Əsədov: “Nəqliyyat sahəsindəki cərimələr əsasən sərnişindaşımanın keyfiyyətinə xidmət edir”

Nəqliyyat eksperti Aslan Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, nəqliyyat sahəsindəki cərimələr əsasən sərnişindaşımanın keyfiyyətinə xidmət edir. Bu baxımdan buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasını təşkil edib inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 2 000 manat məbləğində cərimə olunacaq: “İstər taksi, istərsə də marşrut fəaliyyəti üzrə tənzimləmələrdə sərnişinlərin daşınmasının say etibarı ilə keyfiyyətə uyğunlaşmasına ehtiyac var. Taksi fəaliyyətində avtomobillərin daha rentabelli olması, ənənəvi taksi ilə müasir avtomobillərin uzlaşması bir-biri ilə əlaqəli olmalıdır. Əks halda yaranmış vəziyyət bahalaşmaya və sərnişin narazılıqlarının artmasına səbəb olacaq. Bahalaşmanın qarşısını almaq və nöqsanların aradan qaldırılması üçün sərnişindaşımanın tənzimlənməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir”.

Elməddin Muradlı: “AYNA-nın əməkdaşları onlara qarşı İnzibatı Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq protokol və cərimə tətbiq edəcəklər” 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirdi ki, “manatlıq”  taksilərin sayı kifayət qədər çoxdur. Lakin o taksi sürücüləri sırf taksi fəaliyyəti ilə məşğul olan sürücülər deyil: “Onlar adətən işə gedərkən yolüstü piyadanı götürüb öz gündəlik xərclərinin müəyyən hissəsini qarşılamağa çalışırlar. Ona görə onlar lisenziya almaqda və ya avtomobilinə taksometr quraşdırmaqda maraqlı deyillər. Lakin qanun qüvvəyə mindiyinə görə, əvvəlki illərdə olduğu kimi, AYNA-nın əməkdaşları onlara qarşı İnzibatı Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq protokol və cərimə tətbiq edəcəklər”.

Günel CƏLİLOVA





Избранный
335
4
baki-xeber.com

10Источники