RU

"Barışmaq üçün gərək qucaqlaşaq"

"Vida sözüm qalıb... Bir tərəfdən istəyirəm onu da deyim, nöqtə qoyum, digər tərəfdən dilim gəlmir, nöqtə qoysam geri dönüş olmayacaq. Ayrılıqları sevmirəm axı... Ayrılıqlardan qorxuram axı... Vidalaşmağı bacarmıram... Vidalaşmağa hazır deyildim axı".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar mədəniyyət işçisi Leyla Quliyeva mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı paylaşımında yazıb. 

"Deyəcəksiniz ki, vidalaşmağa heç kim hazır olmur. Özü də həmişəlik vidalaşmağa... Ağırdır, Aygün xanım.. Şəkillərə baxıb, səsinizi xəyalən eşitmək, danışıqlarımızı yada salmaq çox ağırdır. Bəlkə sizdən küssəydim belə yandırmazdı? Küsməyə haqqım da var - biz belə danışmamışdlq. Qonaq gələcəkdiniz axı bizə. Düz eləmədiniz. Küsdürdünüz məni: "Tut ağacı"ndan da, həkimlərdən də, Şuşa laylasından da, "Darıxdım" sözündən də küsdüm. Barışmaq üçün gərək qucaqlaşaq. Şəkildəki kimi. Heyf ki, şəkilləri qucaqlamaq olmur. Yoxsa nə var idi ki? Hələ ki, nə əlim sizə çatır, nə boyum. Onsuz da siz həmişə yüksəkdə idiniz. İndi lap ucaldınız. Haqqa qovuşacaq qədər. Tarixə çevriləcək qədər. Yeriniz behişt olsun! Vaxtı gələr, görüşərik!" deyə, aparıcı paylaşımında əlavə edib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
267
50
milli.az

10Источники