RU

“Ölkədə fəaliyyət göstərən hansısa bankın müflis olacağı planlaşdırılmır”

Hazırda beynəlxalq bazarlarda faiz dərəcələri yüksək olduğu üçün bəzi Azərbaycan bankları da dollarla qorunan əmanətlərin illik faiz dərəcəsindən yuxarı hədlərdə depozitlər qəbul edir.

Müflis bankın dövlət büdcəsinə vergi və digər məcburi ödənişləri tam məbləğdə ödəniləcək

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının İdarə Heyətinin sədri Zakir Nuriyev deyib.

“Bunun mühüm şəkildə yerləşdirilməsi həyata keçirilir. Lakin manatla bütün banklar birmənalı şəkildə yalnız sığorta olunan faiz dərəcəsi həddində əmanətlər qəbul edir. Hesab edirik ki, burda hansısa banklarda əlaqəli problem yaranmayacaq. Çünki ölkədə fəaliyyət göstərən hansısa bankın müflis olacağı planlaşdırılmır”, – deyə Z.Nuriyev bildirib.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 2.5% və milli valyuta üzrə 12% olmaqla 100 min manata qədər olan əmanətlər sığortalanır.

İllik faiz dərəcəsi 12%-dən (manatla) və 2.5% (dollarla) yuxarı olan əmanətlər üzrə sığorta hadisəsi baş verdikdə (bank müflis olduqda, lisenziyası ləğv edildikdə) kompensasiya ödənilmir. Eyni zamanada, illik dərəcəsi 12%-ədək (manatla) və ya 2.5%-dək (dollarla) olan, lakin məbləği 100 min manatdan çox olan əmanətlər üzrə 100 min manatadək kompensasiya ödənilir. (Report)

Избранный
202
1
fed.az

10Источники