RU

Prezidentliyə namizədlər azad edilmiş ərazilərdə seçicilərlə görüşə biləcəklər

Prezidentliyə namizədlər azad edilmiş ərazilərdə seçicilərlə görüşə biləcəklər

Bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində prezidentliyə namizədlər işğaldan azad edilmiş ərazilərdə təşviqat apara biləcəklər.

"Report"un məlumatına görə, Mərkəzi Seçki Komissiyası (MSK) bunun üçün yerlər ayırıb.

Komissiyanın açıqladığı siyahıda Zəngilan rayonunun Ağalı kəndi, Şuşa şəhəri, Füzuli şəhəri, Laçın şəhəri və Laçın rayonunun Zabux kəndi yer alıb.

Belə ki, namizədlər Şuşa şəhər 1 saylı tam orta məktəbin akt zalında, Zəngilan rayonu, Ağalı kəndindəki Fəvvarələr meydanında, Ağalı kənd tam orta məktəbin akt zalında, Laçın şəhəri bulvar ərazisində, Laçın şəhərində yerləşən Lasinema Kino Mərkəzində, Laçın rayon Zabux kənd tam orta məktəbin qarşısında, Zabux kənd tam orta məktəbin akt zalında, Füzuli şəhərinin mərkəzi meydanında və Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin akt zalında, Ağdərə rayonunun Talış kənd İcma Mərkəzində seçicilərlə görüşə biləcəklər.

Xatırladaq ki, bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri işğaldan azad edilmiş ərazilərdə keçiriləcək ilk seçkidir.

Избранный
312
19
sonxeber.az

10Источники