RU

Azərbaycanda 10 min manat təklif olunan işlər var

Ölkənin ən böyük vakansiya bankı Dövlət Məşğulluq Agentliyindədir. Amma oradakı işlərə görə ödənilən əmək haqqı dövlətin öhdəliyi deyil.

Axar.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, bu gün vakansiya bankında 345 manatdan başlayaraq 10 min manata qədər əmək haqları olan işlər var:

"Lakin əksər hallarda az əmək haqlı vakansiyalar təqdim edilir. Lakin burada vacib bir məqam hər iki tərəfdə - işəgötürən və işaxtaranda inam formalaşmasıdır ki, biz buna nail oluruq".


BiG.Az
Избранный
297
22
big.az

10Источники