Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, 8-ci tur çərçivəsində 2 qarşılaşma baş tutub.
Ötən ilin son turlarında liderliyi əldən verən “Abşeron” debütant “Milli Aviasiya Akademiyası”nı sınağa çəkib. Gözlənilmədən oyun qonaq komandanın qələbəsi ilə yekunlaşıb.
"Abşeron" voleybolçularının bir set də belə qələbə qazana bilməməsi çoxları üçün gözlənilməz olub.
Günün ikinci oyununda isə lider “Azərreyl” mövqeyini qorumaq üçün “Murov Az Terminal”Ia mübarizə aparıb. Bu qarşılaşmada da sürpriz nəticə qeydə alınıb. “Dəmiryolçular” uduzaraq, rəqibin xal fərqini azaltmasına şərait yaradıblar. 2:3 hesabı ilə uduzan "Azerreyl" qazanılan 1 xal sayəsində vahid lider olub.
Azərbaycan Yüksək Liqası
Qadınlar
9 yanvar
VIII tur
16:00. “Abşeron” - “Milli Aviasiya Akademiyası” - 0:3 (18:25, 19:25, 25:27)
GİN-in Voleybol Mərkəzi
18:00. “Murov Az Terminal” – “Azərreyl” - 3:2 (18:25, 25:19, 25:14, 17:25, 15:6)
GİN-in Voleybol Mərkəzi
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта