RU

Özəl pensiya fondları əhaliyə nə verəcək?

Xəbər verdiyimiz kimi, özəl pensiya fondu ilə bağlı normativ sənədlər tam yekunlaşıb.

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun  2023-cü il üzrə hesabat tədbirində deyib.

O bildirib ki, sənədlər bir ay ərzində dövlət qurumlarına razılaşdırılması üçün göndəriləcək.

İqtisadçı Natiq Cəfərli "Cebhe.info"-ya açıqlamasında özəl pensiya fondlarının yaranmasını müsbət addım kimi dəyərləndirib:

"Ən azından bazarda rəqabətli mühit yaranacaq. İllərdir ki, biz buna çağırış edirik ki, rəqabətli mühit yaransın, Sosial Müdafiə Fondu bazarda yeganə oyunçu olmasın. Lakin normativ sənədlər elan olunmalıdır ki, özəl təqaüd fondlarının hansı prinsiplər əsasında fəaliyyət göstərəcəyinə qiymət vermək mümkün olsun".

Избранный
402
37
cebheinfo.az

10Источники