RU

Şadlıq evində həmyaşıdını bıçaqlayan gəncdən xəbər var

Bakı Apellyasiya Məhkəməsində restoranda vətəndaşı bıçaqlamaqda təqsirləndirilən Polad Salmanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası yanvarın 17-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Salmanov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə bu ilin aprelində paytaxtın Binəqədi rayonunun Binəqədi şossesində yerləşən "White Palace" restoranında baş verib. Belə ki, spirtli içkinin təsiri nəticəsində aralarında yaranmış mübahisə zəminində 2006-cı il təvəllüdlü P.Salmanov, 2005-ci il təvəllüdlü Xəyal Hüseynovu bıçaqlayıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində P.Salmanov saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 15 Yanvar 2024, 08:28   
Избранный
287
3
pravda.az

10Источники