Türkiyənin Aydıncık bölgəsində (Mersin vilayəti) avtobusun qəzaya uğraması nəticəsində 9 nəfər ölüb, 30 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, Antalyadan Mersinə gedən avtobus maneəyə çırpılıb, daha sonra aşıb.
Yaralananlar xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.