RU

Dörd ilə Şamaxı belə dəyişdi...

Turizm bölgəsinə çevrilən Şamaxıda son illərdə ciddi şəkildə bərpa-quruculuq işləri aparılır.

“Qafqazinfo”nun məlumatına görə, son illərədək Şamaxı şəhəri daxilində 104 km asfaltlanmamış yol mövcud olub.

Görülən işlərin nəticəsində bu yolun 81,6 km-i asfaltlanıb.

Bundan başqa, Şamaxı şəhəri ərazisində şəhərdaxili yollar tamamilə 110 km (3280 dirək) işıqlandırılıb. Eyni zamanda Şamaxı şəhərindən Dəmirçi kəndinə gedən 29 km və Şərədil kəndinə gedən 21 km yol da işıqlandırılıb ki, bu da gecə saatlarında sürücülərin işini daha da asanlaşdırır.

Görülən işlərə şəhər daxilində quraşdırılan dayanacaqlar da daxildir. Belə ki, Şamaxıda 2019-2023-cü illərdə 40 ədəd metal/taxta dayanacaq quraşdırılıb və 6 ədəd beton dayanacaq tikilib.















Избранный
224
50
qafqazinfo.az

10Источники