RU

Depozitlərlə bağlı güzəştlər bu tarixdən hesablanır

2024-cü il yanvarın 1-dən əmanətlərə iki halda vergi güzəşti tətbiq olunur. 

Redaktor.az xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, fiziki şəxslərin hər bir bankda milli valyutada olan əmanətlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azad edilib. Eyni zamanda, fiziki şəxslərin hər bir bankda milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə gəlir vergisindən azad edilib.

Lakin bir neçə vətəndaş saytımıza müraciət edərək onlara məxsus depozitlərdən əldə olunan faizdən vergi çıxıldığını iddia edir. Onların bildirdiyinə görə, məsələ ilə əlaqədar depozit qoyduqları banka müraciət etdikdə Mərkəzi Bank tərəfindən bununla bağlı hər hansı məktubun daxil olmadığı deyilir.  

Избранный
220
22
redaktor.az

10Источники