RU

Azərbaycanın sığorta bazarı 26 % böyüyüb

2023-cü ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 222,537 milyon manat sığorta haqqı toplanılıb.

Valyuta.az xəbər verir ki,  bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı hesabatda bildirirlir. Belə ki, bu, 2022-ci ilə nisbətən 25,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 587,325 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 35,6 % çoxdur.

12 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 48 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 44,6 manat olub.

© Report

Избранный
108
13
valyuta.az

10Источники