RU

2023-cü ildə Çində qalıq yanacaq istehsalı və idxalı artıb


7NEWS.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun məlumatına görə, 2023-cü ilin yanvar-dekabr aylarında əvvəlki ilə nisbətən kömür istehsalı 2,9 faiz, xam neft hasilatı 2 faiz, təbii qaz hasilatı isə 5,8 faiz artıb. Sözügedən dövrdə kömür idxalı 61,8 faiz, xam neft idxalı 11 faiz, təbii qaz idxalı isə 9,9 faiz artıb. Çin 2023-cü ildə 4,66 milyard ton kömür istehsal etdiyi halda, 470 milyon ton idxal edib. Xam neft hasilatı 208,91 milyon tona, idxal isə 563,99 milyon tona yüksəlib.

7NEWS.az
Избранный
192
1
7news.az

10Источники