RU

Azərbaycan ötən il neft və qazı neçəyə satıb? – RƏQƏMLƏR

Azərbaycanın 2023-cü ildə neft və qaz ixracından ümumi qazancı 29,92 milyard dollar olub. 


Sfera.az xəbər verir ki, bu vəsaitin çox hissəsi neft satışından, bir qədər az hissəsi isə qaz satışından əldə olunub. 


Gömrük məlumatlarına əsasən, ötən il Azərbaycan xaricə 26,047 milyon ton xam neft, 26,623 milyard kub metr təbii qaz satıb. Neft satışından gəlirimiz 16,24 milyard dollar, qaz satışından gəlirimiz 13,68 milyard dollar olub. 


Məlumatlardan aydın olur ki, Azərbaycanın satdığı bir ton neftin satış qiyməti 623,5 dollar, min kub metr qazın satış qiyməti isə 514 dollar təşkil edib. 


Vasif

Избранный
263
50
sfera.az

10Источники