RU

“Sivil Toplum” Monitorinq Koalisiyası İtaliya səfirliyində görüş keçirib

Fevralın 7-də keçiriləcək seçkilər barədə məlumat verilib
“Sivil Toplum” Monitorinq Koalisiyası İtaliyanın Azərbaycandakı səfirliyində görüş keçirib.
AYNA xəbər verir ki, yanvarın 22-də  “Sivil Toplum” Monitorinq Koalisiyası həmsədrləri - “Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri Q.Ə.İbrahimli  və “Cəmiyyətin İnкişаfı Mərkəzi” İctimаi Birliyinin sədri Ə.N.Abbasbəyli İtaliyanın Azərbaycandakı səfirliyində səfirin müavini Riccardo Cursi və ikinci katib Marvin Seniga ilə görüşüblər.
Görüşdə Q.İbrahimli əvvəlcə “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında, 07 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində qarşıda duran vəzifələr barədə məlumat verib.
Sonra Ə.N.Abbasbəyli isə seçki mühiti, seçki prosesinin müşahidəsindən danışaraq, keçiriləcək seçkilərdə Koalisiyanın müşahidəçilərinin görəcəyi işlər barədə məlumat verib. Müşahidəçilərin bu prosesdə əhəmiyyətini vurğulayaraq, faydalı olacağına inandığını bildirdi.
Görüş zamanı bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Избранный
676
4
ayna.az

5Источники