RU

Naməlum şəxslər İranın İsveçdəki səfirliyinə daxil olublar

Stokholmdakı Lidinqö adasında yerləşən İran səfirliyinə bir neçə nəfər daxil olub.

Bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, onlardan biri saxlanılıb.

“Ərazidə naməlum beş nəfərin olması ilə əlaqədar İran səfirliyinə polis çağırılıb. Hücum etməkdə şübhəli bilinən bir nəfər saxlanılıb. Faktla bağlı qanunsuz olaraq əraziyə daxil olma üzrə ilkin araşdırma aparılır”, - məlumatda deyilir.

Bildirilib ki, səfirliyin yaxınlığında müəyyən aksiya baş verib.

Mənbə: TASS

Избранный
178
50
oxu.az

10Источники