RU

Avropada qızılca yayılır

2023-cü ildə Avropada qızılcaya yoluxma halları artıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yanvarın 23-də bu açıqlamanı yayaraq təcili vaksinasiya çağırışı edib.

Avropa regionunda ÜST-yə daxil 53 ölkədən 41-də yoluxma aşkarlanıb. 

2023-cü ildə 42 min 200 yoluxma qeydə alınıb, 2022-ci ildə bu rəqəm 941 idi.

Ən pis göstəricilər Rusiya və Qazaxıstana aiddir, ötən ilin yanvar-oktyabr ayılarında bu ölkələrin hərəsində 10 minədək yoluxma aşkarlanıb. 

Qərbi Avropadan Böyük Britaniyada isə bu say 183 olub.

ÜST Avropa regionunun 51 ölkəsində yanvar-oktyabrda 21 minə yaxın hospitalizasiya və beş qızılcadan ölüm halının olduğunu bildirir.

Bosniya

Yanvarın 23-də Bosniya-Herseqovinada yeni yoluxmalar qeydə alınıb. 

Sarayevoda bir bağçada üç uşaq yoluxub. 

Yerli səhiyyə rəsmisi "Azadlıq" radiosuna deyib ki, bütün bunlar peyvəndə qarşı kampaniyanın nəticəsidir. 

Rəsmi valideynləri uşaqlarını peyvənd etdirməyə çağırıb. 

Bosniyada qızılcaya qarşı peyvənd məcburi immunizasiya proqramına daxildir.

Bosniyanın şimalındakı Tuzla dairəsində yanvarın 19-da qızılca epidemiyası elan olunub, 30-dək uşaq xəstəxanaya yerləşdirilib.

1.8 milyon körpə peyvənd olunmayıb

COVID-19 pandemiyası dövründə qızılcaya qarşı vaksinasiya azalıb və ÜST hazırda təcili vaksinasiyanın vacibliyini qeyd edir.

2020-2022-ci illərdə ÜST-nin Avropa regionunda 1.8 milyon körpə qızılcaya qarşı peyvənd olunmayıb.

Qızılca virusla, adamlar nəfəs alanda, öskürəndə, asqıranda yayılır. Daha çox uşaqlar üçün xarakterik olsa da, hər kəs yoluxa bilər. 

Simptomları səpki, burun axması, öskürək, gözlərin sulanmasıdır.

İki dozadan ibarət peyvənd körpənin doqquz ayrılığında və 15-18 aylığında vurulur.

Yoluxmaların qarşısını almaq üçün bir məkanda uşaqların azı 95 faizinə peyvənd vurulmalıdır.
Избранный
581
50
arqument.az

10Источники