“Sivil Toplum” Monitorinq Koalisiyası Prezidentliyə namizədlərlə görüşlər keçirir - FOTOLAR“Sivil Toplum” Monitorinq Koalisiyasının həmsədrləri Aydın Kərimov (“Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri), Əhməd Abbasbəyli (“Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri) və Qorxmaz İbrahimli (“Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri) 07 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində Prezidentliyə namizədlərlə görüşlərini davam etdirirlər.Belə ki, yanvarın 23-də Koalisiyanın həmsədrləri Əhməd Abbasbəyli və Qorxmaz İbrahimli, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Orucla və yanvarın 24-də isə həmsədrlər Aydın Kərimov, Əhməd Abbasbəyli və Qorxmaz İbrahimli namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevlə görüş keçiriblər. Görüşlərdə həmsədrlər “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında, müşahidə missiyası, seçki prosesində Koalisiyanın həyata keçirəcəyi fəaliyyətlər barədə məlumat veriblər. Prezidenliyə namizədlər Zahid Oruc və Qüdrət Həsənquliyev isə öz növbələrində seçki mühiti, seçkilərin bu mərhələsinə olan vəziyyət, namizədliyin, irəli sürülməsi, imza toplanma və təşviqat prosesi barədə məlumatlar verib, öz seçki platformaları haqqında ətraflı danışıblar.Görüşlərin sonunda seçkilərin demokratik azad, ədalətli və şəffaf keçirilməsi naminə hər kəsin, istər siyasi partiyaların, istər bitərəf müşahidəçilərin, istərsə seçicilərin maksimum səy göstərməsinin vacibliyi xüsusi vurğulanıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта