RU

AŞPA son qərarı ilə Azərbaycandan qisas almaq istəyir...

AŞPA son qərarı ilə Azərbaycandan qisas almaq istəyir...Azərbaycan 2001-ci il yanvarın 25-də AŞPA-ya rəsmən üzv qəbul olunanda üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirəcəyinə söz verməklə bərabər, üzləşdiyi problemlərin ədalətli həlli üçün bu qurumun əlindən gələni edəcəyinə çox böyük ümid bəsləyirdi. Həmin vaxt Ulu Öndər Heydər Əliyev Strasburqda Avropa Şurasının iqamətgahında rəsmi mərasimdə çıxış edərək bu təşkilatın Azərbaycanda siyasi və hüquqi islahatların aparılmasına, ərazi bütövlüyünün bərpa edilməsinə fayda verə biləcəyinə inamını ifadə etmişdi. Haqlı olaraq düşünülürdü ki, insan hüquq və azadlıqlarını özünün bir nömrəli prinsipi elan etmiş Avropa Şurası heç bir dini, milli, etnik ayrı-seçkilik qoymadan Azərbaycanın problemlərinə, xüsusilə də bir milyondan artıq qaçqınlarının hüquq və azadlıqlarının müdafiəsinə töhfə verəcək. Ötən müddət ərazində Azərbaycan nümayəndə heyəti çox böyük əziyyətlə, ardıcıl səylərlə avropalıları Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə və yüz minlərlə vətəndaşın öz yurd-yuvalarından didərgin düşməsinə, qaçqın düşərgələrində yaşadıqlarına inandıra bilmişdi.Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov söyləyib.AŞPA-nın Ermənistan tərəfindən Azərbaycan ərazisinin bir hissəsinin işğalını pisləyən qətnamələrini xatırladan deputat deyib: “AŞPA-nın Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı 2005-ci il yanvarın 25-də qəbul edilmiş “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsindəki münaqişə” adlı 1416 saylı qətnaməsində bildirilir: “1991-ci ildə, ölkənin müstəqil dövlət kimi tanındığı dövrdə Azərbaycanın sərhədləri beynəlxalq səviyyədə tanınmışdır və Azərbaycanın həmin ərazisinə Dağlıq Qarabağ da daxil idi”. Bu qətnamədə, həmçinin qeyd edilir ki, Azərbaycan ərazisinin xeyli hissəsi hələ də Ermənistan silahlı qüvvələri tərəfindən işğal altındadır və Dağlıq Qarabağ bölgəsinə hələ də separatçı qüvvələr nəzarət edir. AŞPA azlıqların yaşadığı regional ərazilərin “mütləq ayrılmaq hüququ”na malik olduğuna dair iddiaları rədd edir”.Deputat xatırladıb ki, AŞPA-nın 2016-cı ildə qəbul etdiyi 2085 saylı qətnamə də Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləyir. Qətnamədə ekoloji fəlakət yaradan işğalçı ölkənin cəzalandırılması, Sərsəng su anbarının dərhal Azərbaycana təhvil verilməsi qeyd olunurdu.“Təəssüflər olsun ki, AŞPA-nın Azərbaycana verə biləcəyi fayda “sizin əraziləriniz işğal olunub, insanlarınız didərgin salınıb, amma bu problemi həll etmək bizim missiyamıza uyğun deyil”dən o tərəfə keçmədi. Bu müddət ərzində Ermənistana heç bir sanksiya tətbiq edilmədi. İntriqa, ksenofob, islamofob və türkofob yuvasına dönən bu Avropa təşkilatı çirkin oyunlar oynayan lobbiçilərin əlində oyuncağa çevrildi. Avropa İnsan Hüquqları Məhkəməsi də siyasi güclərə ruporluq edir. Xüsusilə də, Fransa, Almaniya kimi dövlətlərin iradələrinə uyğun fəaliyyət göstərən AŞPA və Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana və Türkiyəyə qarşı olan məsələlərə çox həssaslıqla yanaşır, qərarları sürətlə qəbul edir”, - deyə İltizam Yusifov bildirib.O qeyd edib ki, AŞPA-nın və BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir qurumun icra etmədiyi qətnamələri Azərbaycan cəmi 44 gün ərzində yerinə yetirdi. Bundan üç il sonra isə Qarabağda birgünlük antiterror tədbirləri ilə Azərbaycan suverenliyini tam bərpa etdi.“İnsan haqlarından ağız dolusu danışan avropalı siyasilər bir milyon azərbaycanlının pozulmuş hüquqlarının bərpası üçün bu günə qədər Ermənistanın əleyhinə nəsə danışıblarmı? Avropa Şurasının İnsan Hüquqları üzrə məruzəçisi Dunya Myatoviçin hazırladığı hesabatda Qərbi Azərbaycanlıların pozulmuş hüquqlarından bir cümləyə belə rast gələ bilmərsiz.Bütün bunlar azmış kimi Fransa və Almaniya kimi dövlətlərin əlində siyasi alətə çevrilən AŞPA Azərbaycan əleyhinə olan məsələləri sürətlə müzakirəyə çıxarıb qərar qəbul etdi.Azərbaycan dövlətini Qarabağdakı ermənilərini öz evlərindən zorakılıqla çıxarmaqda, həmməruzəçilərin bölgəyə səfərinə şərait yaratmamaqda, siyasi həbslərdə ittiham etmək qərəzli, ədalətsiz yanaşmadan başqa bir şey deyil. Hətta mən deyərdim ki, AŞPA bu qərarları ilə işğalçı üzərində parlaq Qələbə qazanan Azərbaycandan Ermənistanın qisasını almaq istəyir. Bu mənada düşünürəm ki, Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı vaxtında atılmış addımdır. Bu qurumda uzun müddət davam edən ikili standartlar, ermənipərəst mövqe, məkrli niyyət və Azərbaycana qarşı qərəzli münasibət öz məntiqi sonluğu ilə yekunlaşdı”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

Избранный
264
50
adalet.az

10Источники