RU

AMB: "Adambaşına düşən ümumi sığorta haqqının 195 manata çatdırılması hədəflənir"

Azərbaycanda sığorta haqqının cari 121 manatdan potensial olaraq 195 manata çatdırılması hədəflənir.
Banco.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bankın təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nı şərh edərkən bildirib.
O, qeyd edib ki, strategiyada sürətli inkişaf mərhələsində olan sığorta sektoru üzrə vasitəçi və satış kanallarının (sığorta agentləri və brokerləri daxil olmaqla) genişləndirilməsi, könüllü və icbari sığortanın təşviqi, sığorta məlumat və monitorinq mərkəzinin yaradılması, eləcə də korporativ idarəetmənin gücləndirilməsi və risk əsaslı prudensial tənzimləmənin həyata keçirilməsi məsələləri nəzərdə tutulub:
"Sığorta sektoru üzrə əsas strateji hədəflər, sığorta təminatını genişləndirmək və istehlakçı hüquqlarını effektiv müdafiə etməklə, sığortaya olan inam indeksinin 66%-dən 80%-ə yüksəldilməsini və sığortaçıların ödәmә qabiliyyәtinin artırılması ilə yanaşı, adambaşına düşən ümumi sığorta haqqının cari 121 manatdan potensial olaraq 195 manata çatdırılmasını əhatə edir. Bu kompleks yanaşma riskləri effektiv idarə etməklə iqtisadi artımı dəstəkləmək məqsədi daşıyır". Ən sərfəli kredit üçün müraciət et



Bizi sosial şəbəkələrdən izləyin!!
Facebook
Instagram
Telegram

Избранный
684
1
banco.az

2Источники