RU

İlk dəfə səs verəcək tələbələr üçün seminar keçirilib-FOTO

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici seminarların keçirilməsi davam edir.

“İki sahil” xəbər verir ki, seminar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə keçirilir.

Seminarların təşkilində əsas məqsəd tələbə gəncləri seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə məlumatlandırmaq, həmçinin 7 fevral tarixində keçiriləcək seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.

12-24 yanvar 2024-cü il tarixlərində təhsil müəssisələrində keçirilən sessiyalarda səsvermə hüququna malik ümumilikdə 15.000-ə yaxın tələbə iştirak edib.

MSK nümayəndələrinin iştirakı ilə reallaşan görüşlərdə gənclərə səsvermə proseduru, eləcə də seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər çatdırılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Mütəmadi təşkil olunan sessiyalara ötən ilin 27 dekabr tarixindən etibarən başlanılıb və bu zamanadək 100-dən çox təhsil müəssisəsində görüşlər reallaşıb.

Genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində reallaşdırılan məlumat sessiyalarının ölkə üzrə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin hər birində davam etdirilməsi nəzərdə tutulub.

Избранный
251
18
ikisahil.az

10Источники