RU

“Sivil Toplum” Monitorinq Koalisiyası İsveçin Azərbaycandakı səfirliyində görüş keçirib

“Sivil Toplum” Monitorinq Koalisiyası İsveçin Azərbaycandakı səfirliyində görüş keçirib22 yanvar 2024-cü il tarixində “Sivil Toplum” Monitorinq Koalisiyası həmsədrləri  Əhməd  Abbasbəyli (“Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri) Qorxmaz İbrahimli (“Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri) və Aydın Kərimov (“Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri) İsveçin Azərbaycandakı səfirliyində səfir Tobias Lorentson ilə görüşüblər.Görüşdə həmsədrlər “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında, 07 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində qarşıda duran vəzifələr, seçki mühiti, seçki prosesinin müşahidəsi barədə danışaraq, keçiriləcək seçkilərdə Koalisiyanın müşahidəçilərinin görəcəyi işlər haqqında məlumat veriblər. Həmçinin onlar müşahidəçilərin bu prosesdə əhəmiyyətini vurğulayaraq, faydalı olacağına inandığını bildiriblər.Görüş zamanı bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Избранный
643
4
adalet.az

5Источники