RU

AzMİU-da ilk dəfə səs verəcək tələbələr üçün seminarlar keçirilib

Bakı, 26 yanvar, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) növbədənkənar Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici seminarlar keçirilib.

Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Qeyd olunub ki, görüş Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı, AzMİU Tələbə Gənclər Təşkilatının və Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə gerçəkləşib. Seminarlarda Mərkəzi Seçki Komissiyasının şöbə müdirləri, üzvləri, dairə seçki komissiyalarının sədrləri tərəfindən gənclərə səsvermə proseduru, seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər izah olunub və tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Maarifləndirici seminarlarda səsvermə hüququna malik 2000-ə yaxın AzMİU tələbəsi iştirak edib.

Qeyd edək ki, seminarların keçirilməsində əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə gənclərin maarifləndirilməsi, habelə seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.

Избранный
280
15
azertag.az

10Источники