RU

“İlham Əliyev. 20 il” sənədli filminin təqdimatı olacaq

Bu gün Heydər Əliyev Mərkəzi və Rusiyanın Əməkdar jurnalisti Mixail Qusmanın birgə hazırladığı “İlham Əliyev. 20 il” (“Ильхам Алиев. Клятва. 20 лет спустя”) sənədli filminin təqdimatı olacaq.
QHT.az xəbər verir ki, Mixail Qusmanın sözlərinə görə, xalq başa düşürdü ki, Heydər Əlirza oğlu İlham Heydər oğlunu prezident vəzifəsinə onun öz oğlu olduğuna görə tövsiyə etmir, hətta onun oğlu olması ən axırıncı növbədə olan məsələ idi: "Ona görə ki, bu, onun şəxsən etimad etdiyi insan idi və onu siyasi mübariz kimi yoxlamışdı, onun şəxsi məktəbini keçmişdi. Heydər Əlirza oğlunun köməyi ilə siyasi mübarizənin müdriklik zirvəsinə yüksəlmişdi. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çox gözəl təhsil almışdı. Təsadüfi deyil ki, İlham Heydər oğlu Heydər Əliyevin ilk inauqurasiya mərasimindən tam 10 il sonra and içdi. Bu iki siyasətçinin öz andına, öz xalqına və bayrağına sədaqəti bu gün öz təzahürünü konkret qələbələrdə göstərir”.

Избранный
524
qht.az

1Источники