Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkədə iqtisadi artım tempini təxminən 3,5 % səviyyəsində proqnozlaşdırır.
Bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə ÜDM-in artımı 3-4 % səviyyəsində nəzərdə tutulub.
Qeyd edək ki, ötən il Azərbaycanda 123 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,1 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə ÜDM-in artımı 2,4 %, 2025-ci ildə 2,9 % səviyyəsində gözlənilir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda ÜDM-in artımı 2,6 %, 2025-ci ildə 2,8 % təşkil edəcək.