RU

Erebuni qalası İrəvan şəhərinin ilkin adıdır, yoxsa, qala-istehkamdır? - Tarixçilər üz-üzə

İranşünas erməni alim, iliyinə qədər separatçı Vardan Voskanyan öz Telegram kanalında şəkil paylaşaraq yazıb ki, “Bu rəsmi Bakı tərəfindən hələ 2006-cı ildə nəşr edilmiş “Qərbi Azərbaycanın abidələri” kitabı çap edilib. Kitabda bizim paytaxtımızın başlanğıc adı olan Erebunini “qədim türk qalası” kimi təqdim edib”.Daha sonra coşub özündən çıxan erməni alim Vartan yazır: Düşmənin əsl siması budur: Ermənistan ərazisində də süni yaradılmış Azərbaycan üçün guya tarixi legitimlik yaratmaq, bununla da bizə qarşı növbəti işğalını hazırlamaqdır”.İndi bu başı getmiş, xəstə ruhlu psikopatları necə başa salaq ki, sizi 1813-28 –ci illərdə Rusiya Qafqaza köçürüb. Mənbələrdə İşpuini kimi də qeyd olunan qalanın əsl adı türkcə Erbiuni olmaqla "Er-bi" (ərlər boyu) və "-uni" (urartu dilində "ölkə") deməkdir və "Ərlər boyunun ölkəsi" anlamını verir. Erebuninin İrəvan şəhərinin ilkin adı olduğu da güman edilir.Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, erməni tarixçiləri hazırda Yerevan adlandırdıqları şəhərin adını Urartu çarı I Argiştinin dövründə - eradan əvvəl 782-ci ildə salınmış Erebuni (İrpuni) qalasının adı ilə bağlamağa çalışırlar. Erebuni qalası yalnız hərbi istehkam məqsədilə inşa edilib və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaşmayıb.Urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də tarixi baxımdan heç bir əlaqəsi olmayıb. Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin adı indiyədək iki dəfə dəyişdirilib. Birinci dəfə çar Rusiyasının işğalından sonra - 1828-ci ildə Erivan (Эривань), ikinci dəfə isə 1936-cı ildə ermənilər tərəfindən dəyişdirilərək Yerevan (Ереван) adlandırılıb.V.N.Karazin adına Xarkov Milli Universitetinin əməkdaşı, arxeoloq, bərpaçı, tarixçi Tatyana Krupa da qeyd edib ki, üç min il bundan əvvəl İrəvanın bu və ya digər ad altında xatırlandığı hansısa tarixi sənədi görməmişəm, bilmirəm. İndiki İrəvan ərazisində e.ə. X-VII əsrlər Urartu dövrünə aid şəhər var, lakin o, Ereburi və Tayşebanidir. İrəvan şəhərinin bura heç bir aidiyyəti yoxdur.Şəhərin yaşını başqa dövlərə aid abidələrin tarixləri ilə yox, adının tarixi sənədlərdə ilk qeyd olunduğu vaxtla müəyyənləşdirirlər. Təəssüf ki, belə şeylər indi çox dəbdədir. Məsələn, Sevastopoldakı Balaklavanın iki min illiyini qeyd etmək kimi. İki min il əvvəl adının heç yerdə qeyd olunmaması qətiyyən vacib deyil. Əsas məsələ bunu elan etmək, qeyd etmək, büdcəni dağıtmaq, camaatı özünə güldürməkdir.Yeri gəlmişkən, ermənilər iddia edirlər ki, Ermənistanın arxeoloji irsinin ən mühüm abidələrindən biri olan Erebuni qala şəhərinin qalıqları İrəvanın cənub-şərq kənarında yerləşən Arin qala təpəsində qorunub saxlanılır.Bu gün Ermənistanın və bütün erməni xalqının paytaxtı olan 2800 illik İrəvan həmin qala şəhərinin bilavasitə varisidir və bütün İrəvanlılar bunu qürurla dünyanın ən qədim paytaxtlarından biri hesab edir. Bu gün Erebuni İrəvan şəhərində geniş ictimaiyyət üçün açıq elan edilmiş yeganə arxeoloji abidədir və “Erebuni” tarix-arxeoloji qoruq-muzeyi bölgəmizin mühüm urologiya mərkəzlərindən biridir “.P.S. Təmur Ləngi oradan da dərin getsin. Ayə, başladığın işi sona qədər nöqsansız edəydin də...Əntiqə Rəşid

Избранный
220
adalet.az

1Источники