RU

“Araz-Naxçıvan”ın zədəli futbolçuları sağalıblar

Azərbaycan Premyer Liqasının VII turunda “Səbail”lə qarşılaşacaq “Araz-Naxçıvan”ın zədəli futbolçuları sağalıblar.

“Report”un klubun mətbuat xidmətinə istinadən məlumatına görə, müdafiəçi Abdulla Rzayev və yarımmüdafiəçi Vadim Abdullayev artıq sıraya dönüblər.

Hər iki oyunçu bu gün baş tutacaq məşqdə iştirak edəcək. Komanda Bakı Olimpiya Stadionunun ehtiyat meydanında hazırlaşır. A.Rzayev U-21 yığmasının heyətində olarkən, V.Abdullayev isə ötən turda “Neftçi” (1:0) ilə görüşdə zədələnmişdi. Əvəzedicilərin oyununda zədələnən əsas komandanın üçüncü qapıçısı Vüsal Şabanov isə bir müddət müalicə olunacaq.

Qeyd edək ki, “Səbail” – “Araz-Naxçıvan” oyunu sentyabrın 24-də “ASCO Arena”da keçiriləcək.

Избранный
316
7
report.az

8Источники