RU

"Atletiko"ya qol vuran qapıçı 15 yaşına qədər hücumçu olub

Çempionlar Liqasının qrup mərhələsində ötən gecə “Atletiko” ilə oyunun (1:1) son saniyələrində başla qol vuraraq komandasını məğlubiyyətdən xilas edən “Latsio”nun qapıçısı İvan Provedel diqqətləri özünə cəlb etdi.

 

Qol.az xəbər verir ki, anası rus, atası italyan olan qolkiper 15 yaşına qədər hücumçu kimi çıxış edib.

O, 2009-cu ildə “Udineze”nin akademiyasına gələndən sonra qapıçı mövqeyində oynamağa başlayıb.
İvan Provedel daha əvvəl də başla qol vurub və maraqlıdır ki, həmin oyunda da bu qol komandasını məğlubiyyətdən xilas edib. Provedel 2020-ci ilin fevralın 7-də, İtaliyanın "Yuve Stabya" komandasında çıxış edərkən "Askoli" ilə B seriyasının oyununda başla qol vuraraq hesabı 2:2 edib.

Избранный
191
qol.az

1Источники