RU

Karvaxal zədələndi

"Real"ın futbolçusu Daniel Karvaxal Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Union"la matçı buraxacaq.

Qol.az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb. 31 yaşlı müdafiəçinin əzələ zədəsi var. O, komandanın son məşqini də buraxıb.

Karvaxalın təxminən 5-8 gün yaşıl meydanlardan kənarda qalacağı qeyd olunub. Danielin sentyabrın 24-də keçiriləcək Madrid derbisində - "Atletiko" ilə görüşdə iştirakı da sual altındadır.

Xatırladırıq ki, "Real" ilə "Union" arasındakı matç sabah keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Избранный
146
qol.az

1Источники