"Birlik" Azərbaycan diaspora təşkilatının təşəbbüsü, Azərbaycan Respublikasının (AR) Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan Respublikasının Qırğız Respublikasındakı (QR) Səfirliyinin iştirakı ilə fevral ayının 2-də Bişkek şəhərində Park oteldə ölkəmizdəki “Gənclər Günü”nə həsr olunmuş “Gəncliyin Səsi” (Голос молодежи) adlı elmi-konfrans keçirilmişdir.
Konfransda səfir Lətif Qəndilov , Səfirliyin 3-cü katibi M.Mirsultanov, Qırğızıstan Xalqları Assambleyasının sədri Almanbet Matubraimov, QR Prezidenti yanında Dövlət dili və dil siyasəti Milli komissiyasının sədri Kanıkey Osmanaliyev, AR Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Könül Əliyeva, diasporanın sabiq sədri- professor Akif Alaferdov, Dünya siyasəti institutun direktoru Şeralı Cumadiloviç, Nizami Gəncəvi adına 103 saylı orta məktəbin direktoru Qulmura Amanturovna və həmçinin türk, qazax, belarus, uyğur, tacik, çeçen diasporlarının nümayəndələri iştirak etmişlər. Konfransın açılışında hər iki dövlətin himnləri səslənmiş və “Gənclər Günü”-nə həsr olunmuş video-çarx göstərilmişdir.
Səfir Lətif Qəndilov “Gənclər Günü” və vətən torpaqlarımızın tam işğaldan azad olunması münasibəti ilə hər kəsi təbrik etmiş, vətən torpaqlarımızın azad olunmasında şəhid olmuş gənclərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsini təklif etmişdir. Səfir müstəqil Azərbaycanın gənclər siyasətinin əsasının hələ sovet dövründə ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirmiş və 20 yaşında ikən 1977-ci ildə şəxsən Heydər Əliyev tərəfindən imzalanmış təbrik açıqcasını konfrans iştirakçılarına ekranda nümayiş etdirmişdir.
Gənc ikən Heydər Əliyevin xeyr duası onun gələcəyinin müəyyənləşdirilməsində xüsusi rol oynadığını söyləmişdir. O bildirdi ki, ulu öndər 70-ci illərdə SSSR-in digər respublikalarına göndərdiyi gənclər müstəqillik bərpa olunduqdan sonra mühüm dövlət vəzifələrində çalışmışlar və indi də dövlətə uğurla xidmət edirlər. Heydər Əliyev gənclərimizi mütəşəkkil surətdə milli maraqlarımızın müdafiəsinə səfərbər etmiş, onların vətənpərvər ruhda tərbiyə olunması üçün yeni dövlət siyasətinin əsasını qoymuşdur. Belə ki, 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Heydər Əliyev gənclər qarşısında uzun müddətli tarixi-strateji istiqamətləri müəyyənləşdirmişdir.
2003-cü ildən sonrakı dövrdə isə dövlət gənclər siyasətinin inkişaf istiqamətlərini mövcud milli əsasında daha da təkmilləşdirirərək dövrün tələblərinə uyğunlaşdırmışdır. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edilmiş, 2007-ci ildə ilk dəfə “Gənclər ili” elan olunduğu, 2011-ci ildə ildə Gənclər Fondu yaradıldığını, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”-nın təsis olunduğunu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndiyini qeyd etmişdir.
Son 20 il ərzində Heydər Əliyev Fondu gənc istedadların bütün istiqamətlər üzrə potensiyalarının, bilik və bacarıqlarının aşkara çıxarılmasında, gələcək inkişafında, maddi problemlərin həllində və ölkə həyatının müxtəlif sferalarında yerləşdirilməsini təmin etmişdir. 16 aprel 2007-ci il Sərəncamı ilə gənclərin xaricdə təhsil alması üçün “Dövlət proqram” qəbul edilmişdir. Bu dövr ərzində xaricdə çoxlu sayda gənc kadrlar hazırlanaraq ölkə həyatının müxtəlif istiqamətində öz bilik bacarıqlarını geri qayıdaraq tətbiq etməkdədirlər. Görülən işlər nəticəsində Azərbaycan gəncləri xarici qüvvələrinin neqativ təsirlərindən uzaqlaşdırılmış, onların istedad və qabiliyyətləri vətənə xidmət etməyə yönəldilmişdir. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadığı konfrans iştirakçılarının nəzərinə çatdırılmışdır.
QR Xalqları Assamleyasının sədri Almanbet Matubraimov çıxış edərək L. Qəndilovun məruzəsindəki eşitdiyi faktlardan çox məmnun olduğunu, gənclər istiqamətində aparılan işlərin Vətən müharibəsi zamanı təsdiqini tapdığını söyləmiş və Azərbaycan Dövlətinin gənclər siyasətini çox yüksək qiymətləndirmişdir.
AR Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Könül Əliyeva gənclər siyasətinin tarixi və hal-hazırdakı vəziyyəti barəsində konfrans iştirakçılarını məlumatlandırmışdır.
Sonra isə “Birlik” Azərbaycan diaspora təşkilatının aktiv fəalları AR Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi K. Əliyeva tərəfindən fəxri fərmanlarla ilə təltif edilmişlər. Tədbirdən sonra konfrans iştirakçılarının şərəfinə fürşet verilmişdir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта