RU

Stadnik və daha iki qadın güləşçimiz uduzdu

Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatı davam edir.

Qol.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç qadın güləşçisi mübarizəyə başlayıb.

2 qat dünya, 9 qat Avropa çempionu olan Mariya Stadnik (50 kq) təsnifat mərhələsində kubalı Yusneylis Quzmanla üz-üzə gəlib və 7:2 hesablı qələbə qazanıb. O, 1/8 finalda Polina Lukinanı məğlub edib - 12:1. Stadnik 1/4 finalda Sara Hildbrandta (ABŞ) uduzub - 3:14.

Jalə Əliyeva (57) 1/16 finalda kolumbiyalı Andrea Qonzalesə 7:2 hesabı ilə qalib gəlib. 1/8 finalda o, meksikalı Alma Valensiyaya "tuş"la qalib gəlib. Əliyeva 1/4 finalda Helen Maroulisə (ABŞ) məğlub olub - 3:8.

Birgül Soltanova (65) isə 1/8 finalda türkiyəli Kadriye Aksoya "tuş"la uduzub.

57 kq-da Alyona Kolesnik təsəlliverici qarşılamada macarıstanlı Tamara Dollakla güləşəcək.

Bu gün həmçinin Maqomedxan Maqomedov (97) finalda Bəhreyn idmançısı Axmed Tajudinovla üz-üzə gələcək.

Xatırladaq ki, buna qədər Azərbaycan güləşçilərindən Osman Nurmaqomedov gümüş medal qazanıb.

Избранный
164
qol.az

1Источники