RU

Xavi: "Minimum hədəfimiz qrupdan çıxmaqdır"

"Barselona"nın baş məşqçisi Xavi komandanın Çempionlar Liqasındakı məqsədlərindən danışıb.

Qol.az xəbər verir ki, o, sabah qrup mərhələsinin 1-ci turunda "Antverpen"ə qarşı keçirəcəkləri görüşdən əvvəl açıqlamasında minimum hədəflərinin qrupdan çıxmaq olduğunu deyib:

“Hazırda məqsəd qrupdan çıxmaqdır. Sonra görəcəyik. Keçən mövsüm yaxşı oynadıq, lakin nəticələr arzuolunan kimi olmadı. Sabah bu turnirdə səyahətimizə başlayırıq və vəzifəmiz 1/16 finala çıxmaqdır. Sabah Belçika çempionu ilə oynayacağıq. "Antverpen" çox yaxşı komandadırlar. Sübut etməliyik ki, Çempionlar Liqasında hər kəslə rəqabət aparmağa hazırıq”.

Qeyd edək ki, "Barselona" H qrupunda “Barselona” “Antverpen”, “Porto” və “Şaxtyor” ilə qarşılaşacaq.

Избранный
197
qol.az

1Источники