RU

Cənubi Koreyada Azərbaycan Prezidenti seçkiləri ilə bağlı səsvermə başa çatıb

Növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar ölkəmizin Koreya Respublikasındakı səfirliyində yaradılan seçki məntəqəsində səsvermə başa çatıb.Olaylar.az xəbər verir ki, yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı ilə 03:00) başlayan səsvermə saat 19:00-da (Bakı vaxtı 14:00) yekunlaşıb.Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ölkəmizdə keçirilən ilk seçki olan növbədənkənar prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Bu məntəqələr üzrə 23 minə yaxın seçici siyahıya alınıb. Ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq, dünya üzrə Cənubi Koreyada başlayan səsvermə prosesi ölkəmizin ABŞ-nin Los-Anceles şəhərindəki baş konsulluğundakı məntəqədə başa çatacaq.Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.

Избранный
239
21
olaylar.az

10Источники