RU

Avropa ölkələri qaz böhranı ilə üzləşə bilər - SƏBƏB

Yəmənin "Ənsar Allah" yaraqlı qruplaşmasının və husi üsyançılarının artan hücumları fonunda Qətərdən mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün kəskin azalması səbəbindən Avropa ölkələri qaz böhranı ilə üzləşə bilər. 

Valyuta.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.

Qeyd olunur ki, 2024-cü ilin yanvarında Qətərdən Adriatik dənizindəki böyük İtaliya terminalına LNG tədarükünün təxminən 70 faizi ləğv edilib. Bu qərarın səbəbi radikal qrupların ticarət gəmilərinə və tankerlərə raket hücumları olub. Eyni zamanda, 2023-cü ilin sonunda Yaxın Şərq yanacağının İtaliyanın enerji bazarında payı 40 faiz təşkil edib.

Ortamüddətli perspektivdə bu növ yanacağın təchizatı ilə bağlı problemlər Avropa İttifaqının (Aİ) əksər ölkələrinə təsir edə bilər. Avropa ölkələri üçün LNG sənaye müəssisələri üçün əsas təchizat mənbələrindən biridir. Bu növ yanacaq həm də elektrik enerjisi istehsalı və evlərin isidilməsi üçün fəal şəkildə istifadə olunur. Bunun fonunda Yaxın Şərqdə münaqişənin uzanması bütün Avropa regionunun enerji təhlükəsizliyinə təhlükə yarada bilər.

Qeyd edək ki, yanvarın sonunda Qətərin dövlət neft-qaz şirkəti "QatarEnergy" bəzi LNG tədarüklərinin xarici alıcılara çatdırılmasında gecikmə risklərini açıqlayıb. Müzakirəyə avropalı idxalçılar da daxil olub. Logistik çətinliklər Süveyş kanalından yan keçmək və daha uzun alternativ yollardan istifadə etmək zərurətindən yaranıb.

Избранный
264
6
valyuta.az

10Источники