RU

SEPAH generalı təhdid etdi - “Cavabsız qalmayacaq”

Dünyanın istənilən yerində İsrailin İranın maraqlarına qarşı təhdidləri cavabsız qalmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirinin müavini, general Abbas Nilforuşan deyib.

“İsrail rejiminin dünyanın istənilən yerində maraqlarımıza zidd həyata keçirməyə cəsarət edəcəyi hərəkətləri cavabsız qoymayacağıq”, - general bildirib.

Nilforuşanın sözlərinə görə, İsrail İrana qarşı “boz zona müharibəsi strategiyası”ndan istifadə edir və bunun ən mühüm məqsədi İranın regiona təsirini zəiflətməyə çalışmaqdır.

Onun fikrincə, bu strategiyanın əsas prinsipləri kəşfiyyat müharibəsi aparmaq və İranla münaqişədə gərginliyi Tehranın “qırmızı xətlər”ini keçməyi nəzərdə tutmayan səviyyədə saxlamaqdır. General qeyd edib ki, Tehran bu strategiyaya qarşı çıxmaq üçün kəşfiyyatın qorunmasına xüsusi önəm verir.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
220
50
teleqraf.com

10Источники